Baş nazirdən mühüm qərar: çörəyin qiymətinə necə təsir edəcək? VİDEO
Digərləri 14 May 2022 14:37:00 76 0
Ölkəmizə idxal olunan çörək mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir qərar imzalayıb. Bəs çörəyin hazırlanmasında istifadə olunan bu əlavələrin gömrük rüsumundan azad edilməsi çörəyin qiymətinə necə təsir edəcəkmi?
Bu xəbəri də oxu: Ziya Məmmədovla Zakir Qaralov milyonların hesabatını niyə vermir? Beton yox, batan yol...
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu gündən etibarən çörək mayaları dövlət rüsumundan azad edilib.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. İlin sonuna kimi qüvvədə olacaq, yəni müvəqqəti xarakter daşıyan bu dəyişiklik dünya bazarlarında taxıl məhsullarının bahalaşması ilə əlaqələndirilir. Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən dünya ixracatçıları öz taxıl ehtiyatlarına kvota qoyublar. İqtisadçı ekspert Fuad İbrahimov məhz un məhsullarının yerli istehsalında əlavə bahalaşmaların qarşısnı almaq üçün bu cür addımların atıldığını deyir.
Qida eksperti Fuad Ağayev də düşünür ki, xəmir mayalarının gömrük rüsumundan azad edilməsi un məmulatlarının qiymətinə cüzi də olsa təsir edəcək.
Bundan başqa, Azərbaycana idxal edilən bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da gömrük rusumundan azad edilib. Qərar 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.
"Marvel"in fanatları "Hörümçək-adam" barədə komikslə

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının nö

Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şər

Ukrayna Mariupoldakı "Azovstal"dan 60 nəfərin təxliyəsi ilə bağ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəy

Media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mü

2021-ci il Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və əh

Türkiyəli məşhur müğənni Sibel Can sabah baş tutacaq olan konserti üç

Bu il Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin yaranması

Türkiyədə daha bir maraqlı boşanma qeydə alınıb.

Türkiyəli aktrisa Gonca Vuslateri paylaşımı ilə diqqət çəkib.

Azərbaycanda hərbi qulluqçu yol qəzasında ölüb.

Ukraynanın əks-hücumları sayəsində Rusiya ordusu Xarkov ətrafındakı mö

Mayın 13-də Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri və Azərb
