Vətən Müharibəsi iştirakçısı qəzada vəfat etdi FOTO


Digərləri 14 May 2022 13:44:00 132 0

Vətən Müharibəsi iştirakçısı qəzada vəfat etdi  FOTO

Azərbaycanda hərbi qulluqçu yol qəzasında ölüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, baş gizir Zahid Səlimov Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirib.

Yol-nəqliyyat hadisəsi mayın 12-sində baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin ərazidə C.Fətəliyevin idarə etdiyi "Hyundai" və M.Mənsimovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillər toqquşub. Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunub.