Moskva Bakıya mane ola bilməyəcək


Siyasət 14 May 2022 13:14:00 83 0

Moskva Bakıya mane ola bilməyəcək

"Rusiyanın son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində fəallaşması bilavasitə 7 aprel tarixində keçirilmiş Brüssel görüşünün nəticələri və həmin görüşdən sonra yaşanan dinamika ilə bağlıdır".

Bunu Son.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Ermənistandakı etirazlara baxmayaraq hadisələr Bakının istədiyi məcrada inkişaf edir:

"Bildiyiniz kimi, Brüssel görüşündə həm sərhədlərin delimitasiyası, həm də yekun sülh razılaşmasının həlli istiqamətində çox ciddi razılaşmalar əldə olundu və hətta o görüşdən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa təmas da yaradıldı və Moskva tərəfindən bu proseslər diqqətlə izlənilirdi. Yəni Rusiya görürdü ki, artıq sülh danışıqları prosesi onun yox, qərbin patronajlığı altında həyata keçməkdədir. Bu, təbii olaraq regionda geosiyasi ambisiyaları olan bir ölkə üçün təbii, qəbul edilməz hesab olunacaqdır. Ona görə də Moskvanın son vaxtlar bir fəallaşdığını görməkdəyik. Həm də Moskva onu başadüşür ki, bu proses qarşısıalınmazdır. 

Əgər regionda təsir imkanlarını qoruyub saxlamaq istəyirsə, Ermənistan və Azərbaycan arasında artıq əsası qoyulmuş sülh danışıqları mərhələsində effektiv bir oyunçuya çevrilməlidir. Yəni destruktiv yanaşmalara artıq yer yoxdur. Rusiya tərəfi əgər regionda təsir imkanlarını qoruyub saxlamaq və yaxud da artırmaq istəyirsə, mütləq şəkildə sülh danışıqları prosesində fəal rol oynamalıdır.

Xüsusən, son vaxtlar Ermənistanda baş verən hadisələr konteksindən yanaşsaq, biz nəticədə Ermənistanda baş verən hadisələrin heç bir perespektivinin olmadığını gördük. Yəni revanşistlər bütün ölkə boyu mitinqlər təşkil etdilər, etiraz aksiyaları həyata keçirdilər, amma bunun ümumi gedişata ciddi təsiri olmadı. Təbii, biz revanşistlərin, Ermənistandakı radikal müxalifət dairələrinin də Moskvadakı bəzi siyasi dairələr tərəfindən idarə olunduğunu bilirik. Amma həmin qüvvələri dəstəkləmək və yaxud da sülhü sabotaj etməyə yönəlmiş bəzi addımlar atmaq Rusiya tərəfinə heçnə qazandırmayacaq. Bunu Moskva çox gözəl bilir. Ona görə də artıq sülh danışıqları prosesində daha fəal rol oynamaq vaxtının gəlib çatdığını Moskva görməkdədir.

Bu səbəbdən də Düşənbədə Sergey Lavrovla Ceyhun Bayramov arasında belə bir görüşün təşkilinə nail olundu. Deyim ki, həmin görüşün nəticələrini də biz qismən müsbət, uğurlu qəbul edə bilərik. Çünki yaxın vaxtlarda birgə işçi komissiyasının həm sərhədlərin delimitasiya prosesi, həm də sülh razılaşması ilə bağlı fəaliyyətə başlayacağı barədə qərar qəbul olundu. Bunun özü Brüsselə mesajdır ki, mən də bu prosesin içində varam, yəni "təkcə sən bu sülh prosesini dəstəkləmirsən, mənim özüm də burada aktiv geosiyasi oyunçu kimi iştirak edirəm".  

Azərbaycan onsuz da istəyinə nail olacaq

Azərbaycan dövləti qalib dövlətdir və danışıqlar masasında da şərtləri diqtə edən tərəfdir. Hansısa beynəlxalq siyasi dairənin və yaxud da ki, Ermənistandakı bəzi siyasi qüvvələrin destruktiv yanaşmalarına baxmayaraq hadisələr Azərbaycanın istədiyi məcrada inkişaf etməkdədir. Baxmayarq ki, ötən il yarım ərzində müxtəlif provokativ addımlar oldu, sülhü sabotaj edən bir çox cəhdlər oldu, amma diqqət yetirsəniz görərsiniz ki, hər şey Azərbaycanın istədiyi istiqamət üzrə inkişaf edib. Yəni, epizodik hadisələr hadisələrin ümumi inkişaf dinamikasına böyük ölçüdə təsir etməyibdir. 

XİN rəhbərləri arasında keçirilən görüşü yekun sülh razılaşmasına gedən istiqamətdə bir uğur kimi qəbul edə bilərik. Xüsusən, biz Rusiya tərəfinin bu istiqamətdə fəallaşmasını müsbət qiymətləndirməliyik. Çünki Ermənistanda Rusiyanın çox böyük təsir imkanları var. Bəli, Qərbin bir vasitəçi olaraq xüsusən Avropa ittifaqının bir vasitəçisi olaraq fəal rol oynaması bizim üçün çox məqbuldur. Biz Qərbin də bu prosesdə iştirakını məqsədə uyğun hesab edirik və bunu yüksək qiymətləndiririk, amma başqa bir reallıq var ki, Rusiya dövləti Ermənistana çox böyük təsir imkanlarına malikdir və Ermənistan hakimiyyəti heç vaxt müstəqil qərar qəbul edə bilməz. Yəni yalnız Qərbin vasitəçiliyi ön planda olsa, Rusiya Ermənistan vasitəsilə prosesləri başqa bir istiqamətə sürükləyə bilər. Buna görə də Rusiyanın yeni reallıqda sülh danışılqarı prosesində bir vasitəçi, orbitr olaraq iştirak etməsi bizim üçün müsbət qiymətləndirilə bilər".

Təhməz Əsədov Son.az

Həmrəylik sosial mediada da özünü büruzə verdi  Fahrettin Altun like
  • 14 May 13:10  
Digərləri Həmrəylik sosial mediada da özünü büruzə verdi Fahrettin Altun

Şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsi dövründə göstərdiy

arrow Ətraflı
Dünya bazarlarında neft yenidən bahalaşıb like
  • 14 May 13:07  
Digərləri Dünya bazarlarında neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Flora Kərimova xalq artistindən üzr istədi like
  • 14 May 13:00  
Şou-biznes Flora Kərimova xalq artistindən üzr istədi

Dünən Binəqədi Rayon Məhkəməsi müğənni Afət Fərmanqızı məhkəməd

arrow Ətraflı
Ermənistanda müxalifət gəlsə, müharibə edəcək? like
  • 14 May 12:52  
Digərləri Ermənistanda müxalifət gəlsə, müharibə edəcək?

Ermənistanda müxalifət mitinqləri Ermənistan-Azərbaycan münasibətlərini

arrow Ətraflı
İranda kütləvi etiraz aksiyaları keçirilir  FOTO like
  • 14 May 12:45  
Digərləri İranda kütləvi etiraz aksiyaları keçirilir FOTO

İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

arrow Ətraflı
Məşhur şirkət reklama hamilə transkişini çəkdi  Etirazlara səbəb oldu  FOTO like
  • 14 May 12:37  
Dünya Məşhur şirkət reklama hamilə transkişini çəkdi Etirazlara səbəb oldu FOTO

Dünyaca məşhur brend "Calvin Klein" müştərilərini şoka salacaq

arrow Ətraflı
Sabah 25 dərəcə isti olacaq like
  • 14 May 12:22  
Digərləri Sabah 25 dərəcə isti olacaq

Mayın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
İbrahim keçmiş xanımına 9 min verəcək like
  • 14 May 12:15  
Şou-biznes İbrahim keçmiş xanımına 9 min verəcək

Bir neçə gün əvvəl beş illik xanımından boşanan aktyor İbrahim Çelikk

arrow Ətraflı
Dünyada bir ilk: Aydan gətirilən torpaqda bitki yetişdirdilər  FOTO like
  • 14 May 12:07  
Digərləri Dünyada bir ilk: Aydan gətirilən torpaqda bitki yetişdirdilər FOTO

Amerikalı alimlər ilk dəfə Aydan gətirilən torpaqda bitki yetişdirməyə

arrow Ətraflı
Qadının süd satandan uşağı oldu, əri illər sonra bildi  Efirdə rəzalət  VİDEO like
  • 14 May 11:52  
Digərləri Qadının süd satandan uşağı oldu, əri illər sonra bildi Efirdə rəzalət VİDEO

Türkiyədə televiziya proqramlarından birində baş verən daha bir hadisə

arrow Ətraflı
Milli Məclisin deputatları Brüsselə gedir like
  • 14 May 11:40  
Siyasət Milli Məclisin deputatları Brüsselə gedir

Milli Məclisin deputatları - Avropa İttifaqı-Azərbaycan Parlament Əməkda

arrow Ətraflı
Dünya bazarlarında təbii qazın qiyməti azalıb like
  • 14 May 11:37  
Digərləri Dünya bazarlarında təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
İstanbulda TDTnin 4cü iclası başlayıb like
  • 14 May 11:32  
Digərləri İstanbulda TDTnin 4cü iclası başlayıb

Mayın 14-də İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və in

arrow Ətraflı
Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş  FOTO like
  • 14 May 11:30  
Şou-biznes Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş FOTO

Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədov nəvəsi Qasımı

arrow Ətraflı
Apreldə Azərbaycanda gündəlik neft hasilatı açıqlanıb like
  • 14 May 11:22  
Digərləri Apreldə Azərbaycanda gündəlik neft hasilatı açıqlanıb

Apreldə respublikada gündəlik 579,1 min barrel xam neft hasil olunub.

arrow Ətraflı