Dünyada bir ilk: Aydan gətirilən torpaqda bitki yetişdirdilər FOTO


Digərləri 14 May 2022 12:07:00 247 0

Dünyada bir ilk: Aydan gətirilən torpaqda bitki yetişdirdilər  FOTO

Amerikalı alimlər ilk dəfə Aydan gətirilən torpaqda bitki yetişdirməyə nail olublar.

Beləliklə, tarixdə ilk dəfə dünyaya aid olmayan torpaqda toxum cücərib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən təcrübədə Ayın müxtəlif nöqtələrindən toplanmış 12 qram torpaqdan istifadə edilib.

Müqayisə edə bilmək üçün eyni toxumu eyni şəraitdə Yerdən götürülmüş torpaqda da cücərdiblər.

Bu prosesdə Ay torpağında tumurcuqların və köklərin daha yavaş böyüdüyü müşahidə olunub.