Qadının süd satandan uşağı oldu, əri illər sonra bildi Efirdə rəzalət VİDEO


Digərləri 14 May 2022 11:52:00 128 0

Qadının süd satandan uşağı oldu, əri illər sonra bildi  Efirdə rəzalət  VİDEO

Türkiyədə televiziya proqramlarından birində baş verən daha bir hadisə hər kəsi şoka salıb.

Son.az haberler.com-a istinadən xəbər verir ki, zərərçəkmiş olduğunu bildirən Berkan adlı şəxs həyat yoldaşı Mihribanın uzaq qohum kimi təqdim etdiyi Ferhatı bir müddət onlarla qalmaq üçün evə çağırdığını bildirib. Berkan bildirib ki, həyat yoldaşı və Ferhatın hərəkətlərindən şübhələndikdən və hadisəni bir az araşdırdıqdan sonra Ferhatın həyat yoldaşı Mihribanın qohumu deyil, sevgilisi olduğunu öyrənib. Uşağının da atasının Ferhat olduğunu bilib. Canlı yayıma bağlanan Ferhat əvvəllər süd satan olduğunu, Mihribanla məhəllədə süd satarkən tanış olduğunu və sonradan birlikdə münasibət qurduqlarını iddia edib.

4 aydır Ferhatla qaçan həyat yoldaşı və uşağından xəbər ala bilməyən Berkan, prokurorluğa müraciət etdikdən sonra Mihribanın ona yaxınlaşaraq barışıq təklif etdiyini bildirib. Ferhat isə Mihriban və uşağa baxacağını bildirərək, boşanma davasının yekununu gözlədiyini bildirib.