ABŞ Avropaya on mindən çox hərbçi göndərir


Dünya 14 May 2022 09:28:00 246 0

ABŞ Avropaya on mindən çox hərbçi göndərir

ABŞ yaxın həftələrdə Avropada təxminən 10500 hərbçisini əvəzləyəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O qeyd edib ki, yeni qüvvələr Ukraynada döyüşməyəcək.

"Bu, mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Yeni qüvvələr Ukraynada döyüşmək fikrində deyil", - sözçü bəyan edib.