Türkiyədə ölkənin 58ci hava limanı açılır


Dünya 14 May 2022 08:54:00 141 0

Türkiyədə ölkənin 58ci hava limanı açılır

Bu gün Türkiyənin şimal-şərqində ölkənin 58-ci hava limanının açılışı olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, Rize-Artvin adlı hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan yeni hava limanı Pazar rayonunda yerləşir - Rize şəhərindən 34 kilometr, Hopa şəhərindən 54 kilometr, Artvin şəhərindən isə 125 kilometr aralıda.

Hava limanının uçuş-enmə zolağının eni 45 metr, uzunluğu isə 3 kilometrdir və dəniz sahili üzərində tikilmiş ölkənin ikinci ən uzun zolağıdır.

Rize-Artvin hava limanı ildə 3 milyona yaxın sərnişinə xidmət göstərəcək.

Hava limanının qapalı sahəsi 47 min kvadratmetrdir.

Hava limanının avtoparkı 448 avtomobil üçün nəzərdə tutulub.

Hava limanının ərazisində Çaykur muzeyi də fəaliyyət göstərir və burada hər kəsə Türkiyə çayının faydaları haqqında məlumat veriləcək. Ərazidə kiçik çay fabriki də var.

Türkiyə hökumətinin qərarı ilə Rizə-Artvin hava limanı beynəlxalq hava limanı statusu alıb.