Peruda zəlzələ nəticəsində


Dünya 14 May 2022 08:59:00 114 0

Peruda zəlzələ nəticəsində

Peruda mayın 12-si baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə "RPP" radiostansiyasına Milli Mülki Müdafiə İnstitutunun rəhbərlərindən biri Migel Yamasaki deyib.

Xatırladaq ki, mayın 12-si Peruda 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Çilka şəhərindən 30 kilometr qərbdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.