"Emanet"in bu seriyasında Sıla olmayacaq Acıq etdi, dublyordan istifadə etdilər


Şou-biznes 14 May 2022 05:44:00 124 0

"Emanet"in bu seriyasında Sıla olmayacaq  Acıq etdi, dublyordan istifadə etdilər

"Emanet" serialının çəkilişlərində problem yaşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, əsas rollardan birini ifa edən Sıla Türkoğlu mövsüm finalının çəkilişlərinə qatılmayıb.

Belə ki, 3-cü mövsümdə olmaq istəməyən aktrisa bunu prodüser şirkətə bildirib. Lakin ssenariyə əsasən bunun mümkün olmadığı ilə bağlı kanaldan cavab alan Sıla həll yolunu çəkilişlərə qatılmamaqla alıb.

Bu səbəbdən sonuncu bölümdə dublyordan istifadə olunub. Sılanın hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil.