""Xarıbülbül" festivalı mədəniyyətimizdə mühüm səhifədir"


Kriminal 13 May 2022 17:52:00 112 0

""Xarıbülbül" festivalı mədəniyyətimizdə mühüm səhifədir"

"Xarıbülbül" Beynəlxalq Folklor Festivalı kimi gözəl bayram mədəniyyətimizdə mühüm səhifə və böyük töhfədir, biz bu tarixi qorumalıyıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının ikinci günü çərçivəsində konsert proqramından sonra deyib.

"Xoşbəxtəm ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə bitən kimi Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və burada "Xarıbülbül" beynəlxalq festivalının keçiriləcəyini bildirdi", - P.Bülbüloğlu deyib.

O xatırladıb ki, ötən dördüncü "Xarıbülbül" festivalı böyük uğurla keçirilib.

"Xoşbəxtəm ki, bu gün Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilir. İnanıram ki, bundan sonra festival hər il keçiriləcək. İldən-ilə qonaqların sayı artacaq, çoğrafiyası isə genişlənəcək", - deyə o bildirib.