Rusiyanın Qarabağla bağlı YENİ PLANI


Siyasət 13 May 2022 17:10:00 66 0

Rusiyanın Qarabağla bağlı YENİ PLANI

"Bütün dünyada Rusiya ilə ABŞ, o cümlədən Avropa İttifaqına daxil olan ölkələr arasında çox ciddi müharibə və münaqişə gedir".

Bunu Son.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Rusiya İrəvanla Bakı arasında sülh razılığı ilə bağlı danışıqlar prosesini ləngitmək, onu uzatmaq haqda düşünür:

"Təbii ki, Rusiyanın məqsədi Cənubi Qafqazda da bu mübarizədə qeyd olunan qüvvələrlə mübarizədə qalib gəlməkdir, bu siyasəti də yürüdür. Amma bu gün Rusiyanın Cənubi Qafqazdakı təsiri əvvəlki illərə nisbətən azdır. Digər regionlarda, bölgələrdə çox ciddi münaqişə gedir və bu münaqişə imkan vermir ki, Rusiya Cənubi Qafqazda bir şəkildə bu ölkələrdə öz nüfuzunu artırmaqla məşğul olsun və yaxudd a ki, bu ölkələri öz diqtəsi ilə hərəkət etməyə məcbur etsin. Buna görə də təbii ki, Rusiya Avropanın əlindən Ermənistanla Azərbaycan arasında danışıqlarla bağlı təşəbbüsləri almaq istəyir. 

Rusiyanın bunda məqsədi də odur ki, razılaşmalarda öz maraqlarını müdafiə etsin. Bu maraqlar təbii ki, Rusiya Azərbaycanda da nüfuzunu qoruyub saxlamaq istəyir, o cümlədən Ermənistanda da. Bu maraqların əsas xətti ona gətirib çıxarır ki, Rusiya regionda yerləşdirdiyi sülhməramlıları əvvəlki kimi orada saxlaya bilsin.

Bunu saxlamaq üçün 3 yol var:

1. Azərbaycanla Ermənistan arasında olan sülh müqaviləsinin imzalanmasını ləngitmək

2. Sülh müqaviləsinin imzalanmasına mumiyyətlə imkan verməmək

3. Sülh müqaviləsinin imzalanması prosesini bu və ya digər formada uzatmaq

Rusiya bu dəqiqə sülh müqaviləsinin imzalanması prosesini uzatmağa çalışır. Rəsmi Moskvanın danışılqar prosesini ələ almaqda ən böyük əsas məqsədi elə odur ki, sülhməramlı qüvvələr Azərbaycanda qalsın. 

Bir anlığa təsəvvür edin ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanır və sülh müqaviləsi imzalanandan sonra Azərbaycanın təqdim etdiyi 5 bənddən ibarət olan tələblərdə "Dağlıq Qarabağ" terminindən ümumiyyətlə istifadə edilmir və ora Azərbaycan ərazisi kimi göstərilir, bu haqda ümumiyyətlə söhbət getmir. Amma elə məhz Rusiyanın təsiridir ki, artıq Ermənistan tərəfi əvvəllər olmadığı kimi Qarabağda gedən prosesləri də bu sülh tələblərinə daxil etməyə çalışır, təhlükəsizlik haqqında danışır və sonra "status" məsələsini ortalığa atır. Bu "status" məsələsinin ortalığa atılması Rusiyanın təsiri nəticəsində olub və məhz son zamanlar ortalığa qoyulub. 

Əgər yadınızdadırsa, həm Brüssel görüşlərində, həm ondan əvvəlki görüşlərdə Azərbaycan tərəfinin verdiyi tələbləri qəbul etdiyini qeyd edirdi və əlavə heç nə demirdi. Sadəcə Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi məsələsini qaldırır ki, bizə onların təhlükəsizliyinin təmin edilməsi üçün zəmanət verilməsi lazımdır. Təbii ki, Azərbaycan da bu zəmanəti verir. Amma Ermənistan tərəfinin son bəyanatlarında - həm Paşinyanın nitqlərində, müraciətlərində, həm də xarici işlər naziri Ararat Mirzoyanın dediklərində Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, sonda da bir sözlə də olsa vurğulayırlar ki, "status" məsələsi də paket şəklində həll olunmalıdır.

Bu, hesab edirəm ki, Rusiyanın ortalığa atdığı və danışıqlar prosesini ləngitmək, onu uzatmaq istiqamətində gördüyü işdir və Rusiya məhz bu məntiqlə yanaşır. Amma bildiyiniz kimi həm Avropada, həm də Ermənistanın özündə artıq prosesə başqa cür yanaşırlar. Onlar birdəfəlik bu məsələni həll etmək, digər müstəvidə münasibətlər qurmaq istəyirlər. Buna sadəcə Rusiya imkan vermir. Ona görə imkan vermir ki, Qarabağ məsələsinin həll olunması və Ermənistanla Azərbaycan, o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması, əlaqələrin genişləndirilməsi və sərhədlərin delimitasiya-demarkasiyası, o cümlədən kommunikasiyaların açılması Rusiyanın mövqeyini zəiflədəcək.

Buna görə də Rusiya çalışır ki, İrəvanla Bakı arasındakı danışıqları öz nəzarəti altında Moskvada keçirsin, bu və digər vasitələrlə Ermənistana təsir etsin. Azərbaycan bu təsir mexanizmindən bir qədər uzaqdır. Azərbaycana təsir etmək üçün Moskvanın imkanları bir qədər zəifdir, ancaq Ermənistanla vəziyyət fərqlidir. Ona görə də Rusiya bu prosesi bu yolla əlində saxlamağa çalışacaq və öz diqtəsini yeritməyə çalışacaq".

Təhməz Əsədov Son.az

Ərdoğan: “Pençe Kilit” əməliyyatında 82 terrorçu məhv edilib” like
  • 13 May 17:06  
Dünya Ərdoğan: “Pençe Kilit” əməliyyatında 82 terrorçu məhv edilib”

PKK nədirsə, YPG də odur. Ounlar terror təşkilatıdır. Biz arxalarında ki

arrow Ətraflı
Mayın 16da Ay tutulacaq like
  • 13 May 16:54  
Digərləri Mayın 16da Ay tutulacaq

Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

arrow Ətraflı
BakıQubaRusiya yolunda vəziyyət necədir?  VİDEO  FOTO like
  • 13 May 16:48  
Digərləri BakıQubaRusiya yolunda vəziyyət necədir? VİDEO FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikint

arrow Ətraflı
Aktyor lüks avtomobilini hərraca çıxardı like
  • 13 May 16:24  
Şou-biznes Aktyor lüks avtomobilini hərraca çıxardı

Riçard Gir "Bring a Trailer" mağazasında özünün 1999-cu il isteh

arrow Ətraflı
İsveç və Finlandiyanın NATOya üzvlüyü məsələsinə müsbət yanaşmırıq  Ərdoğan like
  • 13 May 16:18  
Digərləri İsveç və Finlandiyanın NATOya üzvlüyü məsələsinə müsbət yanaşmırıq Ərdoğan

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmır

arrow Ətraflı
Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib like
  • 13 May 16:12  
Dünya Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib

Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin ailə üzvlərinə və dost

arrow Ətraflı
Saakaşvilinin anası: Oğluma 9 fərqli diaqnoz qoyulub like
  • 13 May 16:06  
Digərləri Saakaşvilinin anası: Oğluma 9 fərqli diaqnoz qoyulub

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania oğlun

arrow Ətraflı
Ananın uşağı yatızdırmağından “istifadə edən” qağayı onun dondurmasını oğurladı like
  • 13 May 15:54  
Dünya Ananın uşağı yatızdırmağından “istifadə edən” qağayı onun dondurmasını oğurladı

BBC-nin aparıcılarından Aleks Hamfris təsadüfən şahidi olduğu qəribə h

arrow Ətraflı
"Avroviziya"da geyindiyi libasını hərraca çıxardı like
  • 13 May 15:24  
Şou-biznes "Avroviziya"da geyindiyi libasını hərraca çıxardı

Ukraynanı 2016-cı ildə "Avroviziya"da təmsil edən və qalib olan

arrow Ətraflı
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib like
  • 13 May 14:54  
Dünya Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan 74

arrow Ətraflı
Bu sahədə çalışanların maaşı artıb like
  • 13 May 14:48  
Digərləri Bu sahədə çalışanların maaşı artıb

Bu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan iş

arrow Ətraflı
"Rusiya Putinlə Zelenskinin görüşündən imtina etmir" like
  • 13 May 14:42  
Dünya "Rusiya Putinlə Zelenskinin görüşündən imtina etmir"

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə

arrow Ətraflı
Prezidentin Şuşada kövrəldiyi an like
  • 13 May 14:36  
Siyasət Prezidentin Şuşada kövrəldiyi an

Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Ş

arrow Ətraflı