Ananın uşağı yatızdırmağından “istifadə edən” qağayı onun dondurmasını oğurladı


Dünya 13 May 2022 15:54:00 134 0

Ananın uşağı yatızdırmağından “istifadə edən” qağayı onun dondurmasını oğurladı

BBC-nin aparıcılarından Aleks Hamfris təsadüfən şahidi olduğu qəribə hadisənin görüntülərini paylaşıb. Hadisə o əmisi qızı Luiza və onun övladı ilə gəzintidə olarkən baş verib. Belə ki, uşağını yatızdıran qohumu vaxtdan səmərəli istifadə edərək dondurma yemək istəyib. Ancaq, bu ona qismət olmayıb. Belə ki, sahildə uçuşan qağayılardan biri şığıyaraq onun dondurmasını "oğurlayıb".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu anları qeydə almağı bacaran Hamfris "Llandidnoda niyə dondurma yeməməli olduğumuzu acı təcrübə ilə öyrəndik" şərhi sosial şəbəkə hesabından paylaşıb.

Kadrlar istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Bəziləri isə bu cür hadisələrin onların da başlarına gəldiyini yazıblar.

"Sahildə balıq burgerlə gəzməyə peşmansan. Dərhal qağayılar peyda olur. Həqiqətən qorxulu anlardır, çünki dimdikləri iti olur və səni yaralaya bilərlər", - deyə istifadəçilərdən biri yaşadıqlarını bölüşüb.