Övladı tələf olan azərbaycanlı məşhur müğənni ABORT etdiribmiş


Şou-biznes 13 May 2022 14:10:00 195 0

Övladı tələf olan azərbaycanlı məşhur müğənni ABORT etdiribmiş

"Elə bir günah etmişəm ki, düşünürəm ki, yaşadığım bütün bədbəxtliklər o günahıma görədir. Deyə bilərəm nədir o".

Son.az xəbər verir ki, bunu Mətanət Əsədova "1 dəqiqə" verilişində ailəli olarkən övladının tələf olması ilə bağlı bəzi detalları açıqladığı zaman deyib.

Xanım sənətçi övladını dünyaya gəlməkdən məhrum etdiyi üçün Allah tərəfindən cəzalandırıldığını etiraf edib:

"Allahın vaxtında verdiyi Məhəmməd hümmətinə qarşı çıxdım. Allahın verdiyi o övladı istəmədim, nə bilim. İndi çox peşmanam. İndi də gec deyil. Sadəcə, mənim güvənim yoxdur. Bu güvənsizliyim axırda mənim tək qalmağıma da səbəb olsa, mən artıq dəyişə bilmərəm, olsun, tək qalım. Bir söz deyim ki, mən özüm-özümü aldadıb, camaata, xalqa xoş olsun deyə "efirdəyəm, məni belə sevəcəklər, birdən məni kimsə saymaz, kimsə yaxşı baxmaz", - bu mənə lazım deyil e. Mən içim-içimi yeyincə, mən özüm-özümü həyatda aldada bilmərəm. Nə də ona imkan vermərəm, gözüm baxa-baxa kimsə məni aldatsın. Niyə mən bilə-bilə özümü uçuruma atım?! 

Belə məsləhət imiş ki, demək, o övladdan imtina etdim. Hamının həyatında enişli-yoxuşlu yollar olur və ağ, qarası olur. O bir qismət idi, alın yazısı idi. Alınmadı, deməli Allahtəala onu hələ mənə rəva bilmir. Mən istər həyatda, istər sevgidə, istər digər atdığım addımlarda ağlımla fikirləşmədim, ürəyimlə yanaşdım. Bu da mənim axırıma çıxdı". 

Məhəmməd Vaqif Son.az