Filarmoniyada Xalq Çalğı Alətləri Orkestrinin konserti baş tutacaq


Kriminal 13 May 2022 14:19:00 212 0

Filarmoniyada Xalq Çalğı Alətləri Orkestrinin konserti baş tutacaq

30 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mustafa Aşurovun dirijorluğu ilə "Şuşa ili" çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq Çalğı Alətləri Orkestrinin konserti baş tutacaq.

Solistlər - Azərbaycan Respublikasının Xalq artistiləri Teyyub Aslanov (xanəndə),Gülyanaq Məmmədova (xanəndə), Gülyaz Məmmədova (xanəndə), Simarə İmanova (xanəndə), Azərbaycan Respublikasının Əməkdar artistiləri Zakir Əliyev (xanəndə), Ruzə İbişova (xanəndə), Səidə Şərfəliyeva (soprano) həmçinin Fariz Baxşəliyev (qarmon), Səxavət Məmmədov (tar), Murad Nağızadə (nağara) konsertdə Azərbaycan və avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Son.az