Satışa çıxarılan toyuqlar bu şəraitdə kəsilirmiş Saray qəsəbəsində iyrənc vəziyyət aşkarlandı


Digərləri 13 May 2022 13:06:00 125 0

Satışa çıxarılan toyuqlar bu şəraitdə kəsilirmiş  Saray qəsəbəsində iyrənc vəziyyət aşkarlandı

Abşeron rayonunun Saray qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş əti sexi aşkarlanıb.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən sex Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsi tərəfindən keçirilən reyd zamanı müəyyən edilib.

Məlum olub ki, burada toyuqlar anisanitar şəraitdə kəsilir, qablaşdırılır, sonra isə satışa çıxarılır.

Saray qəsəbəsinin Azadlıq küçəsində yerləşən və vətəndaş Ruslan Fətəliyevin fərdi həyətyanı sahəsindəki sexdə antisanitariyanın və normativ qaydaların kobud şəkildə pozulduğu aşkar edilib.

Müəssisə rəhbəri Ruslan Fətəliyev bu işə bir həfətdir başladığını, ona görə də aidiyyəti qurumlardan icazə almadığını etiraf edib.