Bakının mərkəzində ağacları belə məhv etdilər


Digərləri 13 May 2022 13:18:00 105 0

Bakının mərkəzində ağacları belə məhv etdilər

Bakıda çoxillik ağac kəsilərək məhv edilib.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində qeydə alınıb.

Ərazidə xidmət göstərən mühafizəçi ağacların kəsildiyi ərazinin sahibinin ölkədə olmadığını bildirsə də, onun əlaqə nömrəsini bizə verdi.

Hazırda ölkə xaricində olduğunu deyən və özünü Asif Abdullayev kimi təqdim edən mülk sahibi bildirdi ki, həmin ərazi onun şəxsi mülkiyyətindədir. Bununla bağlı çıxarışı da var.

Torpaq sahibi onu da bildirdi ki, ərazi ona məxsus olduğundan orada hər hansı bir ağacın əkilməsi və ya kəsilməsi onun şəxsi qərarıdır.