AzərbaycanErmənistan sərhədlərinin delimitasiya üzrə komissiyaların sədrləri və formatı müəyyənləşdirilib FOTO


Siyasət 13 May 2022 11:45:00 78 0

AzərbaycanErmənistan sərhədlərinin delimitasiya üzrə komissiyaların sədrləri və formatı müəyyənləşdirilib  FOTO

13 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Son.az-a verilən xəbərə görə, çıxışda nazir Ceyhun Bayramov, təşkilata səmərəli sədrliyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib və MDB çərçivəsində əməkdaşlıq məsələlərini qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkür ifadə edib.

Nazir, MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişafını qeyd edib. O, cari ildə Birliyə üzv olan bir çox dövlətlərin əlamətdar tarix olan - diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib.

Ceyhun Bayramov, iclasın gündəliyinə uyğun olaraq MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyi qeyd edilib.

Çıxışında nazir Ceyhun Bayramov, həmçinin iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb. Nazir, Azərbaycan Respublikasının Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib. Bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatının müəyyənləşdirildiyi bildirilib. Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Türkiyə Ukrayna müharibəsi ilə bağlı xəbərdarlıq edib like
  • 13 May 11:42  
Dünya Türkiyə Ukrayna müharibəsi ilə bağlı xəbərdarlıq edib

"Ukraynadakı böhran bütün səylərimizə rəğmən, dərinləşməkdə

arrow Ətraflı
Ukraynaya 40 milyard dollarlıq yardımı bir senator ləngidir like
  • 13 May 11:18  
Dünya Ukraynaya 40 milyard dollarlıq yardımı bir senator ləngidir

ABŞ Senatındakı demokrat və respublikaçı millət vəkilləri nadir hallard

arrow Ətraflı
Hindistanda helikopter qəzası: iki pilot like
  • 13 May 11:12  
Dünya Hindistanda helikopter qəzası: iki pilot

Hindistanın Çhattisqarh ştatının Raypur hava limanında təlim helikopterin

arrow Ətraflı
Səfa Mirzəyev vəzifəsindən ÇIXARILDI like
  • 13 May 11:09  
Siyasət Səfa Mirzəyev vəzifəsindən ÇIXARILDI

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

arrow Ətraflı
Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı like
  • 13 May 11:06  
Digərləri Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

arrow Ətraflı
Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib like
  • 13 May 11:00  
Dünya Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib

Rusiya Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş əldə etmək üç

arrow Ətraflı
Azərbaycan nefti bahalaşır like
  • 13 May 10:54  
Digərləri Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb like
  • 13 May 10:48  
Digərləri Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində tö

arrow Ətraflı
HoradizCəbrayılZəngilanAğbənd avtomobil yolundan YENİ GÖRÜNTÜLƏR like
  • 13 May 10:42  
Digərləri HoradizCəbrayılZəngilanAğbənd avtomobil yolundan YENİ GÖRÜNTÜLƏR

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-

arrow Ətraflı
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı like
  • 13 May 10:36  
Digərləri Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilə

arrow Ətraflı
NATO Ukraynada nüvə silahı like
  • 13 May 10:30  
Digərləri NATO Ukraynada nüvə silahı

Rusiya NATO-nun Ukraynada nüvə silahı yerləşdirməyəcəyinə ümid edir.

arrow Ətraflı
Böyük Britaniya kəşfiyyatı: "Rusiya ordusunun komandirləri təzyiq altındadır" like
  • 13 May 10:18  
Dünya Böyük Britaniya kəşfiyyatı: "Rusiya ordusunun komandirləri təzyiq altındadır"

"Rusiya qoşunları Kiyev və Çerniqov vilayətlərində yenidən qruplaş

arrow Ətraflı
Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var like
  • 13 May 10:12  
Digərləri Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

arrow Ətraflı