Şuşada tikintiyə dair tələblər sərtləşdirilir
Siyasət 13 May 2022 11:46:00 102 0
Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblər sərtləşdirilir.
Bu xəbəri də oxu: Borrel: "AzərbaycanErmənistan razılaşmalarını dəstəkləyirik"
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanuna əsasən, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul edilir.
Layihəyə əsasən, artıq bu tələb tək arxeoloji deyil, bütün abidələrə şamil ediləcək. Başqa sözlə, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.
Analoji dəyişikliklər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" qanunlarında da ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
13 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri

"Ukraynadakı böhran bütün səylərimizə rəğmən, dərinləşməkdə

Nikol Paşinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitu

ABŞ Senatındakı demokrat və respublikaçı millət vəkilləri nadir hallard

Hindistanın Çhattisqarh ştatının Raypur hava limanında təlim helikopterin

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

Rusiya Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş əldə etmək üç

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində tö

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilə

Rusiya NATO-nun Ukraynada nüvə silahı yerləşdirməyəcəyinə ümid edir.

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətl

"Rusiya qoşunları Kiyev və Çerniqov vilayətlərində yenidən qruplaş
