"Paşinyanın Niderland İnstitutundakı çıxışı klassik erməni həyasızlığının növbəti nümunəsidir"


Siyasət 13 May 2022 11:24:00 97 0

"Paşinyanın Niderland İnstitutundakı çıxışı klassik erməni həyasızlığının növbəti nümunəsidir"

Nikol Paşinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı sübuta yetirir ki, Ermənistan hakimiyyəti, bölgədəki reallıqları nəzərə almadan, hazırda ona qarşı çıxış edən sabiq prezidentlərin - müharibə cinayətkarlarının səhvlərini davam etdirmək niyyətindədir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Paşinyanın irəli sürdüyü iddia və ittihamlar əsassız və məntiqsiz olmaqla yanaşı, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı prosesin irəliyə doğru aparılması üçün əldə olunmuş razlaşmalara ziddir.

Müharibədə acınacaqlı məğlubiyyətə uğrayan, kapitulyasiya aktına imza atan, Azərbaycan torpaqlarını 30 ilə yaxın bir zaman kəsiyində viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasəti həyata keçirən bir ölkənin humanitar dəyərlərdən, beynəlxalq humanitar hüququn norma və prinsiplərindən söz açması klassik erməni həyasızlığının növbəti nümunəsidir.

"Halbuki Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarını humanitar fəlakət zonasına çevirdiyi hər kəsin gözə önündə olan və hər kəsin görə biləcəyi bir reallıqdır. Ermənistanın mövcud siyasi hakimiyyəti Azərbaycan ərazilərinə az qala "toxum" kimi səpilən minaların xəritələrini belə alver predmetinə çevirməklə müharibə cinayətkarları olan sələflərindən fərqlənmədiyini, antihumanizmin Ermənistanın dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha sübuta yetirdi.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi misli görünməmiş dağıntılar, həmçinin bu torpaqların az qala hər qarşısının minalanmasi sübuta yetirir ki, kapitulyant ölkənin yeganə məqsədi azərbaycanlılara ziyan vurmaqdan, yurd yerlərimizi yaşanmaz hala gətirməkdən ibarət olub", - deyə E.Mirzəbəyli əlavə edib.

"Təkcə Pasinyan deyil, Ermənistanın ondan öncəki rəhbərləri də çox yaxşı başa düşürdülər ki, Azərbaycan istənilən halda tarixi ədaləti bərpa edərək, işğala son qoyacaq. Məhz buna görə də uzun illərdən bəri Azərbaycan, türk düşmənçiliyi üzərində formalaşmış ultramillətçi, neofaşist ideyalariyla zəhərlənmiş qanlı təşəkkürlərinin diqtəsi altında azərbaycanlılara məxsus olan her şeyi məhv etmək niyyəti güdürdülər. Pasinyanın son iddiaları da sübuta yetirdi ki, bu niyyət hələ də dəyişməyib", - deyə E.Mirzəbəyli vurğulayıb.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra, ermənilərin Kəlbəcər, Ağdam və Laçın ərazilərində əlavə minalaması, həmçinin erməni hərbi birləşmələrinin və ərazilərimizdə qanunsuz məskunlaşdırılmış mülki vətəndaşların torpaqlarımızı tərk edərkən, hətta təbiətə belə divan tutmaları Ermənistan və erməniliklə humanizm prinsiplərinin daban-dabana zidd olduğunun göstəricisidir:

"Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para bicliklərdə "mahir" olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.

Qeyd edim ki, SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları ilə təmin edib".

E.Mirzəbəyli qeyd edib ki, 44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artmasıdır.

"Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmır. Amma Rusiya sülhməramlılarının minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 - piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur. Məlum olduğu kimi 30 ilə yaxın zaman kəsiyində Azərbaycan hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərə nəzarət edə bilməyib. Atəşkəsdən dərhal sonra isə həmin ərazilər Rusiya sülhməramlılarının müşahidəsi altına düşdüyü üçün, oralarda Azərbaycan hərbçiləri tərəfindən minaların basdırılması mümkün deyil. Mövcud mənzərə sübuta yetirir ki, müharibədə ağır məğlubiyyətə uğrayan və hərbçiləri fərarilik edən Ermənistanın hərbi rəhbərliyi Azərbaycan ordusunun qarşısının alınmasının yeganə yolunu "torpağın altında" görüb. Çünki həm havada, həm də torpağın üstündə Azərbaycan ordusu tam üstünlüyə malik idi.

Bütün bunlar isə sübuta yetirir ki, ermənilər Azərbaycan ərazilərini minalayaraq geriyə çəkiliblər və bu proses müharibənin ilk günlərindən planlaşdırılmış şəkildə həyata keçirilib", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, Ermənistan acınacaqlı məğlubiyyətindən keçən təxminən 1,6 illik zaman kəsiyində qarşılıqlı münasibətlərin normallaşmasına xidmət edən könüllü heç bir addım atmayıb:

"Ölkəmizə təqdim edilən mina xəritələri də bu ölkənin öz istəyi ilə baş verməyib. Əksinə ötən zaman kəsiyində rəsmi İrəvan nəyin bahasına olursa- olsun mina xəritələrinin Azərbaycana təqdim edilməsindən yayınmağa çalışıb. Azərbaycan ərazilərində aparılan çoxsaylı araşdırmalar, xarici ekspertlərin verdiyi rəylər rəsmi İrəvanın mina xəritələrinin ölkəmizə təqdim etmək məcburiyyətində qoydu. Hətta bu halda da Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi 25% təşkil edildiyi minalarla bağlı problemin həllinə ciddi təsir göstərmədi. Azərbaycan bu problemi yenə də öz imkanları hesabına həll edir və son zamanlar mina partlayışlarından ziyan çəkənlərin və ölənlərin sayının azalması görülən işlərin və aparılan geniş maarifləndirmənin nəticəsidir.

Pasinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı isə məsuliyyətdən yayınmaq üçün bəhanə uydurmaqdan başqa bir şey deyil".

Ukraynaya 40 milyard dollarlıq yardımı bir senator ləngidir like
  • 13 May 11:18  
Dünya Ukraynaya 40 milyard dollarlıq yardımı bir senator ləngidir

ABŞ Senatındakı demokrat və respublikaçı millət vəkilləri nadir hallard

arrow Ətraflı
Hindistanda helikopter qəzası: iki pilot like
  • 13 May 11:12  
Dünya Hindistanda helikopter qəzası: iki pilot

Hindistanın Çhattisqarh ştatının Raypur hava limanında təlim helikopterin

arrow Ətraflı
Səfa Mirzəyev vəzifəsindən ÇIXARILDI like
  • 13 May 11:09  
Siyasət Səfa Mirzəyev vəzifəsindən ÇIXARILDI

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

arrow Ətraflı
Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı like
  • 13 May 11:06  
Digərləri Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

arrow Ətraflı
Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib like
  • 13 May 11:00  
Dünya Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib

Rusiya Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş əldə etmək üç

arrow Ətraflı
Azərbaycan nefti bahalaşır like
  • 13 May 10:54  
Digərləri Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb like
  • 13 May 10:48  
Digərləri Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində tö

arrow Ətraflı
HoradizCəbrayılZəngilanAğbənd avtomobil yolundan YENİ GÖRÜNTÜLƏR like
  • 13 May 10:42  
Digərləri HoradizCəbrayılZəngilanAğbənd avtomobil yolundan YENİ GÖRÜNTÜLƏR

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-

arrow Ətraflı
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı like
  • 13 May 10:36  
Digərləri Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilə

arrow Ətraflı
NATO Ukraynada nüvə silahı like
  • 13 May 10:30  
Digərləri NATO Ukraynada nüvə silahı

Rusiya NATO-nun Ukraynada nüvə silahı yerləşdirməyəcəyinə ümid edir.

arrow Ətraflı
Böyük Britaniya kəşfiyyatı: "Rusiya ordusunun komandirləri təzyiq altındadır" like
  • 13 May 10:18  
Dünya Böyük Britaniya kəşfiyyatı: "Rusiya ordusunun komandirləri təzyiq altındadır"

"Rusiya qoşunları Kiyev və Çerniqov vilayətlərində yenidən qruplaş

arrow Ətraflı
Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var like
  • 13 May 10:12  
Digərləri Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

arrow Ətraflı
Sumqayıtda qadın tanışı tərəfindən boğularaq öldürülüb like
  • 13 May 10:06  
Digərləri Sumqayıtda qadın tanışı tərəfindən boğularaq öldürülüb

Mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də Sumqa

arrow Ətraflı
İŞİDə qoşulmuş Bəxtiyar Şıxıyev və ailəsi haqqında yeni məqamlar məlum oldu like
  • 13 May 10:00  
Digərləri İŞİDə qoşulmuş Bəxtiyar Şıxıyev və ailəsi haqqında yeni məqamlar məlum oldu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbsi barədə məlumat yayı

arrow Ətraflı