Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digərləri 13 May 2022 10:48:00 108 0

Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 59 cinayətin üstü "isti izlər"lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.