Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var


Digərləri 13 May 2022 10:12:00 138 0

Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Nəsimi rayonu Azadliq prospektində, ABŞ səfirliyinin qarşısında qeydə alınıb.

Minik avtomobili dayanacaqda 99 JU 549 nömrəli, 88 saylı sərnişin avtobusuna arxadan çırpılıb. Nəticədə xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım stansiyasının briqadası cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına çağırış səhər 09:10-da daxil olub. Təcili tibbi yardım briqadası hadisə yerindən bir nəfəri (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ilkin diaqnoz qapalı kəllə beyin travması) xəstəxanaya aparıb.