Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Özbəkistana səfər edəcək


Dünya 13 May 2022 09:06:00 143 0

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Özbəkistana səfər edəcək

Mayın 13-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Mininin rəhbərlik etdiyi təşkilatın Katibliyinin nümayəndə heyəti Özbəkistana səfərə edəcək.

Trend-in məlumatına görə, bu barədə "Dunyo" informasiya agentliyi bildirib.

Qarşıdakı görüşlər və danışıqlar zamanı Özbəkistanın ŞƏT-də sədrliyi ilə tədbirlərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Özbəkistanın sədrliyi ilə Daşkənd şəhərində keçirilən tədbirlərdə ŞƏT baş katibinin iştirakı da nəzərdə tutulub.