Dinimiz insanın güzəştli olmasını istəyir


Digərləri 12 May 2022 22:20:00 143 0

Dinimiz insanın güzəştli olmasını istəyir

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, bəndələr Allah qarşısında dayanarlar, avaz edən nida verər: "O kəsin ki, müzdü Allahladır, qalxsın və behiştə getsin.

Deyilər: "Kimin müzdü Allahladır?"

Buyurar: "İnsanlara güzəşt edənin".

İmam Əli (ə) buyurur: "Güzəşt - böyüklüyün ən alisidir".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, çoxlu güzəşt edər, ömrü uzun olar".

İmam Hüseyn (ə) buyurur: "Ən çox güzəşt edən insan o kəsdir ki, qüdrəti olan zaman güzəşt edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə güzəşt edin ki, aranızda olan kin aradan getsin".

İmam Rza (ə) "Güzəşt et, gözəl güzəşt" ayəsi haqqında buyurur: "Məqsəd cəzalandırmadan, kobudluq etmədən güzəşt etməkdir".

İmam Əli (ə) buyurur: "Ən pis insan o kəsdir ki, başqalarının səhvini bağışlamaz. Eybini gizlətməz".

İmam Əli (ə) buyurur: "(Yaxşılıq və pisliyə) yaxşılıqla mükafat ver və pislikdən keç. Bir şərtlə ki, dinə zərər dəyməsin və ya İslamın qüdrəti zəifləməsin".