DTX rəisi Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb
Siyasət 12 May 2022 20:40:00 106 0
Mayın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: Borrel: "AzərbaycanErmənistan razılaşmalarını dəstəkləyirik"
Son.az-ın DTX-nin saytına istinadən məlumatına görə, qonağı səmimi salamlayan Əli Nağıyev dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ən yüksək səviyyədə olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa bəyannaməsinə uyğun olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs etmişdir. Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin bundan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Yüksək qonaqpərvərliyə və isti qəbula görə minnətdarlığını çatdıran türkiyəli qonaq təhlükəsizlik məsələləri üzrə dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Görüşdə həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlərdə də müzakirə olunub.
Azərbaycan COVID-19 pandemiyasına necə müqavimət göstərə bildiyi ilə f

Rusiya Finlandiya ilə bağlı sərt açıqlama verib.

"Kim istəyir ki, baxış sayı çox olsun, ya mənim şəklimi qoyur, ya d

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) keçmiş millət vəki

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Z

Ukraynaya demokratiyaya dəstək proqramı çərçivəsində "Lend-liz"

1897-ci ilin 13 aprelində Qərbi Azərbaycanın Gümrü şəhərində dünyaya

"Serj Sarkisyan, Seyran Ohanyan tərəfindən səsləndirilən revanşist b

ABŞ-da yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 1 milyonu ötüb.

Hər ötən gün Rusiya üçün canlı və maddi-texniki itkilər deməkdir, AB

ARB TV-nin "Tam Vaxtıdır" verilişinin növbəti qonağı şairə Na

May ayında havaların qeyri-sabit keçməsi təsərrüfata təsirsiz ötüşmə

Avtobusda sərnişinlərdən biri 19 min 700 dollar pulunu itirib. Təşviş iç
