“Rusiya böyük itkilərə görə qoşunların bir hissəsini Xarkovdan çıxarır”


Dünya 12 May 2022 20:48:00 136 0

“Rusiya böyük itkilərə görə qoşunların bir hissəsini Xarkovdan çıxarır”

Ukrayna Silahlı Qüvvələri Xarkovdan şimalda əks-hücumunu davam etdirir, Rusiya sərhədi istiqamətində bir neçə şəhər və kəndi geri alır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Britaniya kəşfiyyatı "Twitter"də məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, işğalçılar ağır itkilərdən sonra qüvvələrini yenidən təşkil etmək və artırmaq üçün bölmələri bölgədən çıxarıblar.

Rusiya qoşunlarının Xarkov vilayətindən çıxarılması Rusiyanın məhdud xalq müqaviməti gözlədiyi əsas şəhərləri ələ keçirə bilməməsinin üstüörtülü etirafıdır.

Müharibə Tədqiqatları İnstitutunun (ISW) amerikalı analitiklərinin proqnozlarına görə, Ukraynanın Xarkovdan şimal-şərqdəki əks-hücum əməliyyatı əhəmiyyətli irəliləyiş əldə edib və çox güman ki, yaxın günlərdə və ya həftələrdə Rusiya ilə sərhədə doğru hərəkət edəcək.

Eyni zamanda, qeyd edilir ki, rusiyalılar Xarkov vilayətinin kritik infrastruktur obyektlərinə raket zərbələri endirməkdə davam edirlər.