Bu qidalar narkotikadan betərdir


Digərləri 12 May 2022 21:01:00 105 0

Bu qidalar narkotikadan betərdir

Gündəlik yeyilən bəzi qidalar asıllıq yaradır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır.

Bu növ qidalar hansılardır?

Pizza - Sübut olunub ki, bu qida ən güclü asılılıq yaradır. Fast-foodlarda satılan pizza həddindən artıq kalorili və ziyanlı qidadır. Onun tərkibində çoxlu yağlar, emal olunmuş və kanserogen effektə (xərçəng əmələ gətirən) malik ət (kolbasa) var. Bu qidanı tez-tez yeyən insanlarda piylənmə, insult, infarkt, hətta xərçəng kimi xəstəliklərin riski artır.

Şokolad növbəti asıllı yaradan qidadır. Şokolad konfetləri ziyanlı sayılır. Lakin təmiz acı şokolad (70% kakao) faydalı məhsuldur. Təmiz şokoladın az miqdarda qəbulu (plitkanın 1/3 hissəsi) insan orqanizminə müsbət təsir edir.

Dondurma da çox kalorili məhsuldur. Yaxşı, keyfiyyətli, təbii dondurma faydalı məhsuldur. Belə dondurmanın az miqdarda qəbulu orqanizmə zərər yetirə bilməz.