Türkiyə ərazisi Suriyadan atəşə tutulub


Dünya 12 May 2022 20:54:00 109 0

Türkiyə ərazisi Suriyadan atəşə tutulub

Türkiyənin Qaziantep əyalətinin Karkamış rayonunda Suriya ilə sərhəddə yerləşən Köprübaşı sərhəd məntəqəsinə minaatanla hücum edilib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Atəş nəticəsində 4 hərbçi və 1 mülki şəxsin yaralandığı bildirilir. Nazirlikdən verilən açıqlamada hücumdan sonra Suriya ərazisində təyin olunan hədəflərin ikiqat artırıldığı vurğulanıb.