Məktəblərdə qida bələdçiləri fəaliyyət göstərir VİDEO


Digərləri 12 May 2022 16:42:00 239 0

Məktəblərdə qida bələdçiləri fəaliyyət göstərir  VİDEO

Məktəblilərə sağlam qidalanma və qida təhlükəsizliyi qaydaları öyrədilir. Bunu məktəblərə təyin olunan qida bələdçiləri həyata keçirirlər. Əsas hədəf 5-9-cu sinif şagirdləridir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, şagirdlər qida təhlükəsizliyi, sanitar-gigiyenik və sağlam qidalanmayla bağlı məlumatlandırılırlar.. Bunu məktəblərə təyin olunan qida bələdçiləri həyata keçirirlər.

"Məktəblinin dostu" layihəsinin iştirakçısı, məktəblinin qida bələdçisi Fəxriyyə Cabbarova deyir ki, ilk olaraq şagirdlər arasında sorğu keçirilib.

Qida Təhlükəsizliyi İnstitutunun departament müdiri Rəşad Mehdizadə deyir ki, "Məktəblilərin qida bələdçiləri" pilot layihəsi uğurla icra edilir.