Köçəryan hakimiyyətə gəlsə bu əraziləri Azərbaycana "qaytaracaq"


Siyasət 12 May 2022 17:37:00 109 0

Köçəryan hakimiyyətə gəlsə bu əraziləri Azərbaycana "qaytaracaq"

"Serj Sarkisyan, Seyran Ohanyan tərəfindən səsləndirilən revanşist bəyanatların böyük bir hissəsi siyasi pafosdur".

Bunu Son.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, bir çox sıravı erməni var ki, Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsinin imzalanmasını, düşmənçilik münasibətinin bitməsini, normal iqtisadi-siyasi münasibətlərin yaranmasını Ermənistan üçün təhdid olaraq görürlər:

"Onlar çalışırlar ki, bu cür pafoslu fikirlərlə, belə populist çıxışlarla Ermənistan cəmiyyətini aldatsınlar və Paşinyanı devirməyə nail olsunlar. Çünki hazırda Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına görə onun əleyhinə böyük bir koalisiya yaranıb. İndi həm müxalifət partiyaları, həm xaricdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən dövlətlər, - hansı ölkələr ki, qorxurlar öz "rıçaq"larını, təsir vasitələrini itirərlər, - onlar Paşinyanın əleyhinə çıxış edirlər. 

Bundan başqa Ermənistan cəmiyyətində Serj Sarkisyanın və ondan da çox R.Köçəryanın başçılıq etdiyi cinayətkar "Qarabağ klanı" hazırda yenidən hakimiyyəti Paşinyanın əlindən geri almağa çalışır, hakimiyyət itkisi ilə barışmır. Və bundan əlavə erməni cəmiyyəti özü də kifayət qədər şovinist, faşist ruhda tərbiyə olunur. Bir çox sıravı erməni var və yaxud da başqa təşkilatlarda birləşən ermənilər, onlar Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsinin olmasını, düşmənçilik münasibətinin bitməsini, normal iqtisadi-siyasi münasibətlərin yaranmasını Ermənistan üçün təhdid olaraq görürlər. Çünki onlar üçün Ermənistanın gələcəyi Azərbaycanla Türkiyəyə nifrət üzərində qurulub.

Onlar sülh müqaviləsinə qarşı çıxırlar. Biz bundan sonra görürük ki, Paşinyan məcbur olub, artıq Beçlikada, Hollandiyada sülh prosesindən kənar, uzaq açıqlamalar verdi.

Burada iki məqam var:

I. Sarkisyan və Köçəryanın başçılıq etdiyi "Qarabağ klanı" populizmdən daha çox yerli erməni əhalisini Paşinyana qarşı qaldırmaq və dövlət çevrilişi etmək üçün istifadə edirlər. Amma ola bilsin ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə əgər həmin xarici qüvvələr, - hansı ki, Ermənistanla Azərbaycan arasında sülh olmasını istəmirlər, - o qüvvələrin təhriki ilə Azərbaycana qarşı təxribatlar, cəbhə xəttində gərginlik baş versin.

II. Mən əminəm ki, istər indiki halda olsun, istər bu revanşist qüvvələr hakimiyyətə gəldikdən sonra, Azərbaycanın siyasi, hərbi üstünlüyü o qədər üstündür ki, Sarkisyanın, Köçəryanın və yaxud bir başqasının rəhbərlikdə olmasından asılı olmayaraq Azərbaycana hücum edib, hər hansı bir uğur qazanacağını düşünmürəm. Hətta ola bilsin ki, əgər Ukrayna ilə müharibədə Rusiyanın zəifləməsi sürətlə davam edərsə, yekun nəticədə biz hətta Ermənistandakı bu revanşist meyillərindən istifadə edərək Qarabağın işğalda qalan hissəsini də işğaldan azad edək. Əgər Rusiyanın Ukraynadakı zəifləməsi ilə Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi üst-üstə düşəcəksə, bu, əslində bizim əlimizə oynayan faktor da ola bilər".

Təhməz Əsədov Son.az

ABŞda COVIDdən ölənlərə görə bayraqlar yarıyadək endiriləcək like
  • 12 May 17:36  
Dünya ABŞda COVIDdən ölənlərə görə bayraqlar yarıyadək endiriləcək

ABŞ-da yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 1 milyonu ötüb.

arrow Ətraflı
“Kim ki, toya gəlmədi onlarla üzbəüz danışacağam”  VİDEO like
  • 12 May 17:24  
Şou-biznes “Kim ki, toya gəlmədi onlarla üzbəüz danışacağam” VİDEO

ARB TV-nin "Tam Vaxtıdır" verilişinin növbəti qonağı şairə Na

arrow Ətraflı
Havalar isinmir: hansı sahələr risk altındadır?  VİDEO like
  • 12 May 17:18  
Digərləri Havalar isinmir: hansı sahələr risk altındadır? VİDEO

May ayında havaların qeyri-sabit keçməsi təsərrüfata təsirsiz ötüşmə

arrow Ətraflı
Bakıda sürücü avtobusda tapdığı 19 min dolları sahibinə qaytardı  VİDEO like
  • 12 May 17:12  
Digərləri Bakıda sürücü avtobusda tapdığı 19 min dolları sahibinə qaytardı VİDEO

Avtobusda sərnişinlərdən biri 19 min 700 dollar pulunu itirib. Təşviş iç

arrow Ətraflı
Bakıda kişi arvadı ilə qayınanasını niyə girov saxladı?  VİDEO like
  • 12 May 17:06  
Digərləri Bakıda kişi arvadı ilə qayınanasını niyə girov saxladı? VİDEO

Bakıda kürəkən  qaynanasına və həyat yoldaşına qarşı cinayət törə

arrow Ətraflı
Ağdamda çoban minaya düşüb like
  • 12 May 16:57  
Digərləri Ağdamda çoban minaya düşüb

Ağdamda çoban minaya düşdü.

arrow Ətraflı
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb like
  • 12 May 16:56  
Siyasət Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçıs

arrow Ətraflı
Ceyhun Bayramov Sergey Lavrovla görüşüb like
  • 12 May 16:55  
Siyasət Ceyhun Bayramov Sergey Lavrovla görüşüb

12 may 2022-ci il tarixində Düşənbə şəhərində, MDB Xarici İşlər Nazi

arrow Ətraflı
Bu ərazilərdə niyə zibil qabı yoxdur?  VİDEO like
  • 12 May 16:54  
Digərləri Bu ərazilərdə niyə zibil qabı yoxdur? VİDEO

Bakının mərkəz küçələrində şəhərin təmizliyi üçün kifayət qəd

arrow Ətraflı
Marşrutlarla bağlı məlumatlar tezliklə “Google Maps”də olacaq  VİDEO like
  • 12 May 16:48  
Digərləri Marşrutlarla bağlı məlumatlar tezliklə “Google Maps”də olacaq VİDEO

Turistlərin, eləcə də paytaxt sakinlərinin köməyinə çatan bu sistem bir

arrow Ətraflı
Azərbaycanda Art Olimpia 2022 Beynəlxalq müsabiqəsinin qalibləri müəyyən edilib  FOTO like
  • 12 May 16:44  
Kriminal Azərbaycanda Art Olimpia 2022 Beynəlxalq müsabiqəsinin qalibləri müəyyən edilib FOTO

Mayın 7-8 - də Bakıda, Respublika səviyyəsində Gənclər İttifaqı, Rəqs

arrow Ətraflı
“JUJUTSU KAISEN 0” “Park Cinema”da like
  • 12 May 16:43  
Kriminal “JUJUTSU KAISEN 0” “Park Cinema”da

Anime həvəskarları üçün əsl bayram Park Cinema kinoteatrlar şəbəkəsin

arrow Ətraflı
Məktəblərdə qida bələdçiləri fəaliyyət göstərir  VİDEO like
  • 12 May 16:42  
Digərləri Məktəblərdə qida bələdçiləri fəaliyyət göstərir VİDEO

Məktəblilərə sağlam qidalanma və qida təhlükəsizliyi qaydaları öyrəd

arrow Ətraflı
Səhnədən xəyanət edən sevgiliyə mesaj  VİDEO like
  • 12 May 16:36  
Şou-biznes Səhnədən xəyanət edən sevgiliyə mesaj VİDEO

Qısa müddət əvvəl ona xəyanət edən sevgilisi Cem Belevidən ayrılan İr

arrow Ətraflı