Qərbi Azərbaycanlı Olqa – Sovet casusu necə Hitlerin sevimlisinə çevrildi?


Digərləri 12 May 2022 17:42:00 186 0

Qərbi Azərbaycanlı Olqa – Sovet casusu necə Hitlerin sevimlisinə çevrildi?

1897-ci ilin 13 aprelində Qərbi Azərbaycanın Gümrü şəhərində dünyaya göz açmış Olqa Konstantinovna Çexovanın ağılasığmaz həyatı haqqında, yəqin ki, əksəriyyətin məlumatı azdır.

Son.az bizim.media-ya istinadən xəbər verir ki, AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev Olqanın hekayəsi ilə bağlı araşdırma aparıb.

Olqanın Gümrüdən Berlinə qədər uzanan hekayəsini təqim edirik:

"Alman dövlətini başçısı Hitler, yanında oturan isə Azərbaycanda anadan olan, Hitler kinosunun "1 nömrəli kino ulduzu" sayılan Olqa Konstantinova Çexovadır.

O, 1897-ci ilin 13 aprelində, Qərbi Azərbaycanda, Gümrü ərazisində dünyaya göz açıb. Daha sonra Olqa Konstantinovna Çexova Gümrüdən Bakıya köçüb, bir müddət burda yaşayıb, 16 yaşında Petroqrad, sonra Moskvaya köçüb, burda teatr təhsili alaraq Almaniyaya yollanıb. 

Burada oynadığı "Foqled Qəsri" filmindəki rola görə Hitlerin bəyəndiyi aktrisasına çevrilib. Heç bir dəstəyi olmayan, alman dilini mükəmməl bilməyən gözəl və ağıllı rus əvvəlcə alman kinosunun ulduzlarından birinə, sonra isə Üçüncü Reyxin "dövlət aktrisasına" çevrilir. 

Olqa Çexovanı Hitlerin özü də çox sevir, ona diqqət və qayğı göstərirdi. Adolf Hitler Olqa Çexovanı şəxsən bütün dövlət ziyafətlərinə, qeyri-rəsmi tədbirlərə dəvət edir, onunla yanaşı əyləşirdi.