Havalar isinmir: hansı sahələr risk altındadır? VİDEO


Digərləri 12 May 2022 17:18:00 146 0

Havalar isinmir: hansı sahələr risk altındadır?  VİDEO

May ayında havaların qeyri-sabit keçməsi təsərrüfata təsirsiz ötüşməyib.

Ölkəmizdə yaz fəsli olsa da, hələ də qışın soyuğunu hiss edirik. Hətta son günlər bəzi rayonlarda qar yağıb, dolu düşüb. Tovuzlu fermerlər bildirirlər ki, xüsusilə, güclü və aramsız əsən külək taxıl zəmilərinə xeyli ziyan vurub.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Mərkəzi Nəbatat Bağının şöbə müdiri Sadıq Qarayev deyir ki, aprelin sonu, mayın əvvələri kənd təsərrüfatı bitkiləri üçün inkişaf dövrü hesab olunur. İqlimin normadan artıq dəyişməsi bu bitkilərin məhsuldarlığına təsir edir.

Sadıq Qarayev belə riskləri nəzərə alaraq fermerlərə əkin prosesinə başlayarkəntəsərrüfatlarını sığortalamağı tövsiyə edir. Onun fikrincə, aidiyyəti qurumlar da analoji vəziyyətlə bağlı proqram hazırlamalıdılar.

Mütəxssisin sözlərinə görə, bəzi məhsulların bazara çıxması məhz havaların qeyri-sabit keçməsi səbəbindən gecikə bilər.