Rusiya üçün ölümqalım məsələsi olan ada


Digərləri 12 May 2022 16:12:00 136 0

Rusiya üçün ölümqalım məsələsi olan ada

"Biz vuruşuruq, amma təmassız döyüşlər aparırıq. Biz bu adanı uzaqdan atəşlə qorumağa çalışırıq. O, həqiqətən də açar rolunu oynayır".

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov Zmeyni (İlan) adasının Ukrayna üçün əhəmiyyətindən danışarkən deyib.

"Moskva" kreyserinin batması ilə Rusiyanın Qara dəniz donanmasının hava hücumuna qarşı elə də ciddi müqaviməti yoxdur. Və onlar Zmeyni adasında uzaqmənzilli hava hücumundan müdafiə sistemləri quraşdırmağa və bununla da Bessarabiya üzərindən limanlara və hava məkanına keçidə nəzarət etməyə çalışırlar ki, bu da rus qoşunlarına Dnestryanıya daxil olmaq və qarnizonu gücləndirmək üçün Bessarabiyaya qoşun yeritməyə cəhd etməyə imkan verə bilər", - Jdanov vurğulayıb.

O qeyd edib ki, Zmeyni adasının əhəmiyyəti Ukraynanın cənub-qərbində hava məkanının bağlanmasına imkan verməmək üçün önəmlidir.

Qeyd edək ki, Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya Qara dənizdə hökmranlıq etmək üçün Zmeyni adasında möhkəmlənmək istəyir.