Ermənistan bu dünyadan deyil?


Siyasət 12 May 2022 16:17:00 93 0

Ermənistan bu dünyadan deyil?

"Çox təəssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar hələ də davam edir".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistanda müxalifətinin itaətsizlik aksiyası zamanı baş verənlər göz önündə olduğu qədər, mitinq iştirakçılarına qarşı güc tətbiqi də aydın görünür:

"Ermənistanın 30 il ərzində davam edən işğal siyasətinə göz yuman dairələr bununla kifayətlənməyib, onun bütün illeqal əməlləri üçün cəzasızlıq mühiti formalaşdırdılar, işğalçı və dağıdıcını cəzalandırmaq əvəzinə qanunsuz əməllərinə geniş meydan yaratdılar.

Yaradılmış bu şərait də Ermənistanın əl-qolunu yığmaq əvəzinə, onun əl-qolunu açdı və buna hələ də davam edilir. İllərdir ki, beynəlxalq təşkilatların ümumi, dişsiz, ünvansız bəyanatlarından başqa əməli bir addımın, təzyiq vasitəsinin şahidi olmadıq.

Ermənistanda müxalifətinin itaətsizlik aksiyası zamanı baş verənlər göz önündə olduğu qədər, mitinq iştirakçılarına qarşı tətbiq edilən hərəkətlər də aydın görünür. Güc tətbiqi müxtəlif vasitələrlə ən qəddar formadadır. Bütün bunların fonunda sifarişlə çalışan beynəlxalq hüquq-müdafiə təşkilatlarının məsələyə lazımi reaksiya verməsinin şahidi olmadıq. Özlərini elə aparırlar ki, elə bil Ermənistanda heç bir hadisə baş vermir.

Azərbaycana gələndə isə ən xırda, məişət səviyyəsindəki məsələlər süni şəkildə şişirdilir. Bu qərəzlilik, ikili yanaşmadır. Səbəb isə Azərbaycanın qətiyyətli mövqeyini, uğurla həyata keçirdiyi işləri gözü götürməməkdir. Azərbaycanın qeyri-demokratik olduğu görüntüsünü yaratmaq istəyirlər.

Bütün bunlar Qərb, əsasən bu dövlətlərin maliyyə hesabına formalaşdırılan, ayaqda tutulan təşkilatlar tərəfindən həyata keçirilir. Necə həmin o dövlətlər hər hansı məsələyə öz maraqlarını təmin etmək üçün dərhal müdaxilə edirlərsə, bu cür məsələlərdə də obyektivlik prinsipi əsas tutularaq bir yanaşma ortaya qoyulmalıdır. 

Azərbaycan xalqı nəyin necə olduğunu aydın bilir və dərk edir. Prezident İlham Əliyevin siyasətinin əsas məqsədi Qarabağı yenidən bərpa etmək, insanları öz ev-eşiklərinə yerləşdirməkdir. Bu və bütün məsələlərdə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib". 

Təhməz Əsədov Son.az

Rusiya üçün ölümqalım məsələsi olan ada like
  • 12 May 16:12  
Digərləri Rusiya üçün ölümqalım məsələsi olan ada

"Biz vuruşuruq, amma təmassız döyüşlər aparırıq. Biz bu adanı uza

arrow Ətraflı
12 ildən sonra maraqlı qarşılaşma  FOTO like
  • 12 May 16:06  
Şou-biznes 12 ildən sonra maraqlı qarşılaşma FOTO

"Küçük Kadınlar" serialının aktrisaları 12 ildən sonra yenidə

arrow Ətraflı
Qızlarından Nazimə ad günü sürprizi  VİDEO like
  • 12 May 16:06  
Şou-biznes Qızlarından Nazimə ad günü sürprizi VİDEO

Qızları Fatimə və Nur müğənni-bəstəkar Hacı Nazim Məmmədovu ad gün

arrow Ətraflı
Özbəkistanda 6 bal gücündə zəlzələ olub like
  • 12 May 15:55  
Dünya Özbəkistanda 6 bal gücündə zəlzələ olub

Özbəkistanın cənubundakı Surxandərya vilayətində Rixter cədvəli ilə 6

arrow Ətraflı
Türkiyənin avtomobil ixracı bu qədər artıb like
  • 12 May 15:54  
Digərləri Türkiyənin avtomobil ixracı bu qədər artıb

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin

arrow Ətraflı
Paşinyana qarşı terror, Bakıya qarşı isə...  erməni “Maydan”ı iflasa gedir like
  • 12 May 15:42  
Digərləri Paşinyana qarşı terror, Bakıya qarşı isə... erməni “Maydan”ı iflasa gedir

Kapitulyant ölkənin müxalifəti odla oynayır; yəhudi ekspert: "Küçə

arrow Ətraflı
Azərbaycanın ən gözəl xanım və bəyi bu tarixdə məlum olacaq like
  • 12 May 15:32  
Kriminal Azərbaycanın ən gözəl xanım və bəyi bu tarixdə məlum olacaq

"Miss & Mister Top Model Azerbaijan 2022" müsabiqəsinin rəsmi final

arrow Ətraflı
İrəvandan İKİTİRƏLİK like
  • 12 May 15:30  
Siyasət İrəvandan İKİTİRƏLİK

"Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi bu və ya digər

arrow Ətraflı
Quru sərhədlərin açılması müzakirə olunur like
  • 12 May 15:24  
Digərləri Quru sərhədlərin açılması müzakirə olunur

Turizm mövsümü yaxınlaşdıqca quru sərhədlərin açılması ilə bağlı

arrow Ətraflı
Rayonlarda kirayə evlərin qiyməti bahalaşır like
  • 12 May 15:18  
Digərləri Rayonlarda kirayə evlərin qiyməti bahalaşır

Yay fəsli yaxınlaşdıqca rayonlarda kirayə evlərə tələbat da artır. Bu

arrow Ətraflı
Pilot huşunu itirdi, təyyarəni sərnişin endirdi like
  • 12 May 15:12  
Dünya Pilot huşunu itirdi, təyyarəni sərnişin endirdi

ABŞ-da uçuş aparatlarının idarə edilməsi ilə bağlı heç bir təcrübə

arrow Ətraflı