İrəvandan İKİTİRƏLİK
Siyasət 12 May 2022 15:30:00 85 0
"Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi bu və ya digər şəkildə gedir. Hər halda sülh razılığı ilə bağlı bu danışıqlar dayanmır, dayanmadan davam edir. Tərəflər müəyyən ortaq məxrəcə gəlmək niyyətindədirlər".
Bu xəbəri də oxu: Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq
"Azərbaycanla paralel olaraq eyni zamanda Türkiyə-Ermənistan danışıqları da aparılır. Bu istiqamətdə də müəyyən ilkin nəticələr var. İndi bu nəticələri hər iki tərəf məlum səbəblərə görə açıqlamırlar, amma görünən odur ki, artıq müəyyən nəticələr var. Bunun fonunda revanşistlərin, "Qarabağ klanı"nın iştirakı ilə aksiyalar keçirilir. Onun arxasında dayanan diaspora nümayəndələrinin, bəzi siyasi qrupların, müxtəlif ölkələrin - Qərbin, Rusiyanın müxtəlif dairələrinin nümayəndələri də burada öz məqsədlərini güdərək bu iğtişaşlardan istifadə etmək istəyirlər.
İğtişaşlara gəldikdə, deyə bilərik ki, onun aparıcı qüvvəsi olan köhnə iqtidarın rəhbərləri Sarkisyan-Köçəryan tandemidir, eyni zamanda "Daşnaksutyun" partiyasıdır, onun fəallarıdır. "Daşnaksutyun" Amerika, Fransa erməniləri ilə sıx bağlı olan təşkilatdır. Onlardan eyni zamanda maliyyə dəstəyi alır. Məqsəd Paşinyanı devirmək və hakimiyyəti ələ almaqdır. Beləliklə, indiki yeni situasiyada köhnə üsullarla Ermənistanı idarə etmək idi və yaxud da ki, köhnə gündəliyi indiki gündəmə salmaqdan ibarətdir.
"Status" məsələsi, Qarabağın "müstəqilliyi" kimi yersiz və dəxilsiz şüarları səsləndirməklə onlar bu köhnə gündəliyi gündəmə gətirmək istəyirlər. Əlbəttə, digər məqsəd də ondan ibarətdir ki, həmin bu ölkələri, xüsusilə də Rusiyanı, Fransanı Azərbaycana qarşı yönəltsinlər və burada bir "rıçaq" rolunu oynasınlar.
Sərhəddəki silahlı insident kimin sifarişidir?
Ermənistan ordusunda Köçəryanla, Sarkisyanla bağlı olan insanlar kifayət qədərdir. Baxmayaraq ki, orduda müəyyən təmizləmə işləri aparılır və bu ordu 30 il ərzində qurulub və onun qurucuları S.Sarkisyan, R.Köçəryan, S.Ohanyan və digər quldurlardır. Orduda bu quldurların adamları hələ də var və onlar da ara bulandırırlar, təxribatlarla məşğuldurlar.
İndiki iqtidar orduya kifayət qədər nəzarət edə bilmir. Nəzarət etsəydi nizam-intizamlı ordu olardı, amma bunu bacarmır. Buna gücləri çatmır. Hərçənd, belə don geyindirirlər ki, guya nəzarət edə bilirlər, amma reallıqda belə deyil.
Təəssüflər olsun ki, bunun fonunda Paşinyan da qeyri-ciddi, təzadlı və zərərli açıqlamalarla çıxış edir. O da ona görə çıxış edir ki, yəqin ki, bu kütlədən qorxur, bu yolla iğtişaşları bir qədər səngitmək istəyir və o işğtişaş iştirakçılarının istəklərinə uyğun bəzi hərəkətlər etmək istəyir ki, onunla rəqabət aparan qüvvələrin dayaqlarını bir az sarsıtsın, zəiflətsin. Çox təəssüf ki, bu da son nəticə etibarilə danışıqlara mənfi təsir göstərir və ciddi nəticələrin əldə olunmaması ilə bağlı proqnozları doğruldur.
Çətin ki, Paşinyanı devirə bilsinlər. Onun da müqaviməti kifayət qədər təsirlidir. Çünki polis, güc strukturlarının böyük hissəsi onun tərəfindədirlər. Eyni zamanda cəmiyyətin əksəriyyəti Paşinyanın tərəfindədir. Onlar küçələrə, meydanlara çıxmırlar, o demək deyil ki, onlar Paşinyanı dəstəkləmirlər. Yox, onlar Paşinyanı dəstəkləyirlər. Əgər Paşinyan istəsə onları da meydanlara çıxardar. O, bunu ona görə istəmir ki, vətəndaş müharibəsinə səbəb ola bilər. Amma onun da kifayət qədər çoxlu tərəfdaşları var. Bu da onu düşünməyə əsas verir ki, Paşinyan hakimiyyətini devirmək mümkün olmayacaq".
Təhməz Əsədov Son.az
Turizm mövsümü yaxınlaşdıqca quru sərhədlərin açılması ilə bağlı

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V &quo

Yay fəsli yaxınlaşdıqca rayonlarda kirayə evlərə tələbat da artır. Bu

ABŞ-da uçuş aparatlarının idarə edilməsi ilə bağlı heç bir təcrübə

Türkiyənin yeni pasportlarının dizaynı Yunanıstanda etirazlara yol açıb.

13 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akad

Ağcabədidə su arxına yıxılan gənc xilas edilib.

Bu yay Türkiyə kurortlarında Rusiya vətəndaşlarının sayı dəfələrlə

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beyn

Sidneydə, Qarlen adası ərazisində Avstraliya Kral Hərbi Dəniz Qüvvələri

Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün təhdiddir.

İdeal bədən quruluşuyla diqqət çəkən müğənni Gülşənin formada qalm

ABŞ Ukraynanın uzun müddət müharibə aparmaq qabiliyyətini qorumaq niyyət

Mayın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
