Rayonlarda kirayə evlərin qiyməti bahalaşır


Digərləri 12 May 2022 15:18:00 150 0

Rayonlarda kirayə evlərin qiyməti bahalaşır

Yay fəsli yaxınlaşdıqca rayonlarda kirayə evlərə tələbat da artır. Bu isə həmin ərazilərdə kirayə evlərin qiymətində artıma səbəb olur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yaya doğru turizm potensialına malik rayonlarda kirayə mənzillərin bahalaşması qaçılmaz olacaq.

Onun sözlərinə görə, hər il öncəki illə müqayisədə turizm bölgələrinə turist axını artır:

"Bəzi turistik rayonlarda hotellərin sayı azdır. Belə hallar fərdi evlərin günlük kirayə qiymətlərinin artmasına səbəb olur".

R.Osmanlı qeyd edib ki, yerli və xarici turistlərin ən çox üz tutduğu Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Quba-Xaçmaz və respublikanın cənub rayonlarıdır: