“Yaşa görə Həcc ziyarətinə qadağa qoymaq haramdır”


Digərləri 12 May 2022 13:18:00 184 0

“Yaşa görə Həcc ziyarətinə qadağa qoymaq haramdır”

"Həcc ziyarəti, ziyarət adlansa da əslində ibadət sayılır. Çünki Həcc ziyarəti hər müsəlman üçün vacib zayılan ibadətlərdən biridir. Eyni zamanda ziyarət könüllü xarakterli olur, Həcc ibadəti isə hər müsəlmanın kefi istədiyi vaxt yox, boynuna vacib hökm düşdüyü zaman labüd olur. Təəssüflər olsun ki, ölkəmizdə bu istiqamətdə düzgün maarifləndirmə aparmaması səbəbindən əhali arasında geniş və sağlam fikir mövcud deyil".

Son.az xəbər verir ki, bu fikirləri bizim.media-ya müsahibəsində ilahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan səsləndirib.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu il Həcc ziyarətinə 65 yaşa qədər vətəndaşların gedə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən ilahiyyatçı yanaşmanın doğru olmadığını vurğulayıb: 

"QMİ rəsmiləri insanları mütəmadi olaraq, normal şəkildə əhalini maarifləndirsəydilər, kimə Həccin vacib olduğu bilinərdi. Təəssüf ki, ölkəmizdə elə deyil. Kimin pulu çoxdursa və həvəsinə düşürsə, şan-şöhrət üçün "hacı" adı almağı istəyirsə, gedir Həcc ziyarətinə. Dində belə bir şey yoxdur. O Həccə gedənlərin əksəriyyəti heç kəlmeyi-şəhadətini düzgün deyə bilməyən adamlardır".