İrəvanın “Fransa” meydanında Azərbaycan tankları


Digərləri 12 May 2022 11:24:00 130 0

İrəvanın “Fransa” meydanında Azərbaycan tankları

Son.az "yeni müsavat" qəzetində dərc olunan məqaləni təqdim edir.

Azərbaycan əsgərinin ayaq səslərini eşidəndən sonra Pirlərdən qaçıb, Xocalıya sığınan ermənilər deyirlər ki, əkin sahələrinə toxum səpibmişlər, biçə bilməyəcəklərini dərd ediblər özlərinə. Amma bu savallı, miskin tayfa unudur ki, onlar səpdikləri toxumun məhsulunu illərdir biçirlər, belə getsə, növbəti "biçin" ömrü yaşayacaqlar. Nifaq, təfriqə, kin-kidurət, düşmənçilik toxumu səpmədilərmi on illər boyunca?.. "Biçin"in nəticəsi: Yerablur qəbristanlığında yer tapılmır daha. Son müharibədə itkin düşənlərin yaxınları da əllərində şəkillər İrəvan küçələrində sərgərdan qalıblar.

Amma Qarabağdakı erməni qadınlar əkdikləri toxumun "bəhrəsi"ndən danışırlar. Elə erməni arvadlar olmadımı iki milləti bir-birinə düşmən eləyən? Uşaq doğan kimi, qulağına "türk sənin düşmənindir" deyib də, küçüklərini kinlə bəsləmədilərmi? Nəticəsini gördülər, görəcəkləri qarşıdadır belə getsə...

44 günlük müharibədən sonra çoxları düşünürdü ki, daha ağılları başlarına gələr, son verərlər kifli, saxta iddialara. Amma kimə deyirsən? Yenə də Şuşanı, Hadrutu "geri qaytarmaq"dan dəm vuranlar var.

Budur, Xocalı canisi Seyran Ohanyan  "Şuşanı geri almaq üçün ciddi hazırlaşırıq"-deyərək növbəti dəfə sərsəmləyib. Sitat: "44 günlük müharibədən nəticə çıxartmalı yenidən Şuşanı əldə etmək üçün hazırlıqları davam etdirməliyik. Əgər Şuşa Azərbaycanın tabeçiliyində qalsa, birazdan Xankəndi və Ağdərəni itirəcəyik. Avtomatik olaraq Xocalı da nəzarətimizdən çıxacaq. İndiki hakimiyyət Qarabağdan tamamilə əlini uzub. Erməni könüllərinə səslənirəm Qarabağın əldən getməməsi üçün birləşməli və yeni mühairbəyə başlamalıyıq". Bax, bu cür çərənləyib erməni çaqqal.

Amma gəlin görək elə Xocalıda gizlənmiş ermənilərdən kimsə həmin bu cəlladı lənətləyirmi, "bizi bu günə salan sən oldun" deyirmi? Demir? 30 il əvvəl Xocalıda qətlə yetirilən körpələrin, qadın və qocaların ah-naləsini də eşitmirlər təbii ki. Amma unudurlar ki, o ruhlar bunları diri-diri öldürəcək, rahat yaşamağa qoymayacaq. Başqasının evində, yurdunda əbədi yaşamaq mümkün deyil...   

Düzdür, özünü nisbətən ağıllı, normal düşüncə sahibi kimi göstərməyə çalışanlar da ortaya çıxır hərdənbir. Məsələn, bu bün bir dəstə jurnalist, alim və ekspertlərin daxil olduğu 70 Ermənistan vətəndaşı ölkənin Baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib. Onlar Paşinyana ünvanladıqları açıq məktubda "Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik. Heç bir "amma" olmadan sülh istəyirik!" - deyə, tələb ediblər. Amma elə bu, sülhü "ammasız" əldə etməyə çağırış edənlərin mövqeyi nə qədər güclüdür, demək çətindir.