Azərbaycanda bu miqrantlara yardım göstəriləcək


Digərləri 12 May 2022 10:36:00 233 0

Azərbaycanda bu miqrantlara yardım göstəriləcək

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi "Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara BMqT-nin COVID- 19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi" layihəsi ilə əlaqədar ehtiyacı olan miqrantlara müvəqqəti mənzil təminatı, ərzaq, qeyri-qida məhsulları, geyim, eləcə də tibbi və sənədləşmə istiqamətləri üzrə yardımların göstərilməsini planlaşdırır.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə yardımlar aşağıdakı şəxslər üçün nəzərdə tutulub:

Qeyri-qanuni vəziyyətdə olan miqrantlar (vizasının vaxtı bitən, şəxsi sənədlərinin vaxtı bitən);

Ağır iqtisadi vəziyyətdə yaşayanlar;

Qida/qeyri-qida məhsullarına, sığınacağa ehtiyacı olanlar;

İşsiz aşağı ixtisaslı əməkçi miqrantlar;

Aztəminatlı miqrantlar (ölkədə müəyyən edilmiş yaşayış minimumuna istinadla);

Çətin vəziyyətdə olan əcnəbi tələbələr;

Sığınacaq müraciətinə imtina almış şəxslər;