Saakaşvili müalicə üçün klinikaya köçürülür


Dünya 12 May 2022 10:50:00 135 0

Saakaşvili müalicə üçün klinikaya köçürülür

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili müalicə alması üçün həbsxanadan klinikaya köçürülür.

Son.az APA-ya istinadən bildirir ki, sabiq Prezidentin 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən "Vivamedi" klinikasına köçürülməsinə başlanılıb.

Xəbərə görə, sabiq Prezidentin olduğu ehtimal edilən penitensiar avtomobillər bir neçə dəqiqə öncə həbsxanadan yola düşüblər.

Eyni zamanda Mixeil Saakaşvilinin yerləşdiriləcəyi "Vivamedi" klinikasının girişi sarı lentlə əhatəyə alınıb.