Azərbaycanda TIR sürücüsünün meyiti


Digərləri 12 May 2022 08:04:00 108 0

Azərbaycanda TIR sürücüsünün meyiti

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.