Türkiyə SİPERi sınayır


Dünya 12 May 2022 08:08:00 131 0

Türkiyə SİPERi sınayır

Yaxın vaxtlarda Türkiyənin milli hava hücumundan müdafiə (HHM) sistemi olan "SİPER"in yeni sınaqları keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə NTV telekanalına müsahibəsində Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

Onun sözlərinə görə, Türkiyə, həmçinin, 2023-cü ildə yerli istehsal olan "Hurjet" döyüş təyyarəsinin ilk uçuşunu reallaşdıracaq.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin istehsalı olan "SİPER" Rusiyanın "S-400" və ABŞ-ın "Patriot" HHM sistemlərinin alternativi olacaq. Sistemin 2023-cü ildə ordunun silahlanmasına daxil olacağı gözlənilir.