Kamerunda təyyarə qəzaya


Dünya 12 May 2022 07:35:00 114 0

Kamerunda təyyarə qəzaya

Kamerunun mərkəzində göyərtəsində 11 nəfərin olduğu və boru kəmərlərinə texniki qulluq gözstərən özəl şirkətə məxsus təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, xilasedicilər artıq sərnişinlərin axtarışına başlayıblar

Məlumata görə, ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, dispetçerlər əvvəlcə təyyarə ilə radio əlaqəni itiriblər, daha sonra təyyarə Nanqa Eboko şəhəri yaxınlığındakı meşədə tapılıb.

"Xilasetmə qruplarımız insanları xilas etməyin mümkün olub-olmadığını araşdırırlar" - anonim mənbə agentliyə bildirib. Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.

Təyyarə "Cameroon Oil Transportation Company S.A" tərəfindən icarəyə götürülüb. Şirkət Kamerun və qonşu Çad arasında boru kəmərinin texniki qulluğuna və təmirinə cavabdehdir.