Şimali Koreyada koronavirusa ilk yoluxma


Dünya 12 May 2022 07:45:00 158 0

Şimali Koreyada koronavirusa ilk yoluxma

Şimali Koreyada ilk koronavirusa yoluxma halı aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, mayın 8-də hakimiyyət orqanları Pxenyan sakinlərindən analiz götürüb. Nəticədə bir nəfərdə "omikron" ştammının altnövü aşkarlanıb.

Bununla bağlı Şimali Koreya hakim partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası keçirilib. Toplantıda KXDR lideri Kim Çen In virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.

Pandemiya şəraitində KXDR hakimiyyəti 2020-ci ilin əvvəlində ölkəni infeksiyanın yayılmasından qorumaq üçün fövqəladə tədbirlər görüb, o cümlədən dövlət sərhədləri bağlanıb.

Pxenyan beynəlxalq COVAX mexanizmi çərçivəsində respublikaya koronavirus vaksinlərin tədarükündən imtina edib.