Daban hissənin ağrıması, şpor və ya osteofit


Digərləri 12 May 2022 07:51:00 92 0

Daban hissənin ağrıması, şpor və ya osteofit

Əgər dikdaban ayaqqabı geyindikdən sonra sizin ayaqlarınız ağrayırsa, deməli sizdə aşağıdakı problemlər var. Daban hissənin ağrıması, şpor və ya osteofit. Sümükdə əmələ gələn şpor və ya osteofit adalanan və ağrıya səbəb olan bu xəstəlik ən çox daban hissədə əmələ gəlir. Şpor və ya osteofit dabanın bir hissəsində əmələ gəlməsinə baxmayaraq bütün daban ərazişində şiddətli ağrının əmələ gəlməsinə səbəb olur. Ağrının şiddəti bəzən elə olur ki, insanın mimikasında da dəyişikliyə səbəb olur. Bu patologiya zamanı əmələ gələn ağrılar isə ya uzun müddət oturanda aradan qalxır, ya da yatanda. Xəstəliyin ağır çəkili adamlara əmələ gəldiyi qeyd edilsə də, əksər hallarda arıq adamlarda da şpora rast gəlmək mümkündür. Şporun əmələ gəlməsinə səbəb qızların dikdaban ayaqqabı geyməsidir. Xəstəliyə idmanla daimi məşğul olan adamlar içərisində də rast gəlmək mümkündür. Şpor ortopedik patologiya sayılır və nadir hallarda əməliyyat tələb edir. Şpor zamanı ayaqlarda ağrılar əmələ gəlməməsi üçün daban hissəyə xüsusi massaj edilir və ya ayaqqabının içərisinə selikon içlik qoyulur. Aşağidaki vasitələrlə şporun əmələ gətirdiyi ağrılardan xilas olmaq mümkündür.

Kakos yağı Kakos yağı dabanlarda olan artıq dəriləri təmizlyir,ağrını sakitləşdirir. Ağrayan hissəni kakos yağı ilə masaj eləmək və isidilmiş kakos yağı qoyub bağlamaq ağrını aradan qaldırır. Kakos yağını daxilə qəbul etmək daxildən ağrının azalmasına səbəb olur. Alma sirkəsi Alma sirkəsi almanın fermentlənməsindən əldə edilir və tərkibi minerallarla zəngindir Onun ağrı və infeksiya əlamətlərini aradan qaldırmaq qabiliyyəti var. Şpor səbəbli ağrılar zamanı pambıq tamponu alma sirkəsinə batıraraq dabanın ağrayan hissəsini masaj etdikdə ağrı hissi aradan qalxır. Buz Buz vasitəsilə ağrı hissini aradan qaldırmaq qədim zamanlarda istifadə edilən vasitələrdən biridir. Dabanınız ağrayan zaman 15-20 dəqiqə ağrayan nahiyəyə buz qoyub bağlamaq ağrının aradan qalxmasına səbəb olur. Soda Soda dabanlarda əmələ gələn şporun əriməsinə səbəb olur. O kalsiumu neytrallşdırmaqla buna nail olur. Bunun üçün qatı soda məhlulunu pambıq parçaya töküb daban hissəyə bağlamaq lazımdır. Prosesi uzun müddət eləmək şporun əriməsinə səbəb ola bilir.