Ev yiyəsi kamera görüntülərini izləyəndə heyrətə gəldi: Gecə yarısı qəribə anlar


Dünya 12 May 2022 04:44:00 125 0

Ev yiyəsi kamera görüntülərini izləyəndə heyrətə gəldi: Gecə yarısı qəribə anlar

ABŞ-ın Texas ştatında qəribə soyğun hadisəsi törədilib.

Son.az metbuat.az-a istinadən xəbər verir ki, soyğunçu əvvəlcə ot biçən aparatla evin həyətindəki otları biçib. Ardınca o, ot biçən aparatı oğurlayaraq ərazidən qaçıb. Lakin polisin gəldiyini müşahidə edən soyğuncu bir neçə yüz metr məsafədə ot biçən aparatı ataraq, qaçıb.

Onun evin həyətindən başqa əşyalar oğurladığı istisna edilmir. Soyğunçunun əməli həm polisi, həm də ev sahibini heyrətə gətirib.