NATO Britaniyanın İsveç və Finlandiya ilə imzaladığı təhlükəsizlik sazişini alqışlayır


Dünya 11 May 2022 22:35:00 204 0

NATO Britaniyanın İsveç və Finlandiya ilə imzaladığı təhlükəsizlik sazişini alqışlayır

NATO Britaniyanın İsveç və Finlandiya ilə imzaladığı təhlükəsizlik sazişini alqışlayır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.

Baş katib Britaniya Baş naziri Boris Consonla telefon əlaqəsi saxladığını deyib.

"Britaniya və NATO-nun yaxın tərəfdaşları olan Finlandiya və İsveç arasında qarşılıqlı təhlükəsizlik təminatlarının imzalanmasını təqdir etdiyimi bildirdim. Biz həmçinin Britaniyanın Ukraynaya verdiyi davamlı dəstəyi və Madriddə keçiriləcək NATO sammitinə hazırlıqları da müzakirə etdik", - deyə Yens Stoltenberq qeyd edib.