Türkiyə istehsalı olan “Hurjet” döyüş təyyarəsi


Dünya 11 May 2022 23:43:00 156 0

Türkiyə istehsalı olan “Hurjet” döyüş təyyarəsi

Türkiyə istehsalı olan "Hurjet" döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.

"Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü il milli döyüş təyyarələrimizi anqardan çıxararaq ilk uçuşu həyata keçirəcəyik", - deyə Dəmir bildirib.

Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, "Hurjet" performans baxımından Amerikanın "F-35" qırıcı təyyarələrindən üstün olacaq. Türk qırıcısı 2017-ci ildə hazırlanıb.