Ukrayna Rusiyanın Belqorod vilayətində kəndi atəşə tutub


Dünya 11 May 2022 22:22:00 190 0

Ukrayna Rusiyanın Belqorod vilayətində kəndi atəşə tutub

Ukrayna ordusu Rusiyanaın Belqorod vilayətinin Soloxi kəndini atəşə tutub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov sosial şəbəkədəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bir nəfər yaralanıb. Hazırda ona lazımi tibbi yardım göstərilir. Bundan əlavə, binalar dağıdılıb.

Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir.