Azərbaycan və Paraqvay XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib FOTO
Siyasət 11 May 2022 20:32:00 96 0
Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 10 may 2022-ci il tarixində Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşü keçirilib.
Bu xəbəri də oxu: Qarabağda ucaldılan bayraq Hulusi Akara
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.
Azərbaycan tərəfi Paraqvayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyi ardıcıl və davamlı şəkildə dəstəklədiyini görə təşəkkür ifadə edib.
Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
10 may 2022-ci il tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Raul Rikyardi rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Son zamanlar sosial şəbəkələrdə yayılan məlumatlara görə, toylarda yı

"Survivor All Star"da iştirak edən və ötən günlərdə yarışmad

Azərbaycanda kişi müəlimlərin sayının qadınlara nisbətən az olması m

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Şəmkir rayonunda qolunu doğra

Sosial şəbəkələrdə bir qadının azyaşlı körpəsilə Xırdalan şəhər

Ana olmağa hazırlaşan məşhur müğənni Britni Spirs yeni paylaşımı ilə

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kub

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəti

Uşaqlarda korset istifadəsi mütləq həkimin tövsiyəsi ilə olmalıdır.

"Amerikada keçirilən konsertdən əldə olunan vəsaitə iki it alınıb&

Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməs

Baş Prokurorluq Bakıda 18 il əvvəl baş verən nənə və nəvənin qətli b

Yaşadığı ciddi sağlıq problemləri səbəbindən uzun müddət müalicə o
