Draqi Baydenlə Rusiyanın "G20"dəki iştirakını müzakirə edib


Dünya 11 May 2022 21:27:00 116 0

Draqi Baydenlə Rusiyanın "G20"dəki iştirakını müzakirə edib

İtaliyanın baş naziri Mario Draqi ABŞ Prezidenti Co Baydenlə görüşündə Rusiyanın İyirmilik Qrupunda (G20) iştirak formatı məsələsini qaldırıb.

Son.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə Amerika lideri ilə bir gün əvvəl keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Rusiya liderinin də dəvət olunduğu İndoneziyada keçiriləcək "G20" sammiti boykot edilə bilərmi sualına baş nazir belə cavab verib:

"Bir tərəfdən, biz Putinlə bir masa arxasında oturmamağa çalışırıq. Digər tərəfdən isə bəzi ölkələr ehtiyac yarandığı üçün bu masada oturmaq istəyir. Ukraynada sülhə nail olmaq üçün bu formatlardan imtina etməzdən əvvəl düzgün düşünmək lazımdır.Qərar hələ qəbul edilməyib, o cümlədən ona görə ki, biz avropalılar bunu kollektiv şəkildə qəbul etməliyik və ola bilsin ki, bunu növbəti iclasda müzakirə edək".